Modern.az

Tehranda yaşayış binası uçdu - Ölən və yaralananlar var

Tehranda yaşayış binası uçdu - Ölən və yaralananlar var

Dünya

8 Yanvar 2024, 13:28

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

 

Modern.az xəbər verir ki, bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.

 

Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

 

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

 

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi