Modern.az

Breyvik Norveç dövlətini məhkəməyə verir

Breyvik Norveç dövlətini məhkəməyə verir

Dünya

8 Yanvar 2024, 17:48

2011-ci ilin iyulunda Norveçdə terror aktları törətdiyinə görə 21 il həbs cəzasına məhkum edilmiş norveçli terrorçu Anders Breyvik dövləti həbsxanada təcrid olunduğuna görə məhkəməyə verir.

 

Modern.az xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, onun vəkili hücumdan sonra Breyvikin həbsindən 12 ildən çox vaxt keçdiyini və əslində bütün bu müddət ərzində onun təcrid vəziyyətində olduğunu vurğulayıb.

 

Prokurorluq Breyvikin iddiasından sonra Norveç dövlətinin maraqlarını müdafiə edəcək. Qurumdan bildirilib ki, hazırda onun saxlandığı Rinqerikdəki həbsxanada şərait olduqca yaxşıdır.

 

Bundan əvvəl Breyvikin vəkili vurğulamışdı ki, Oslo Dairə Məhkəməsi Breyvikin iddiasına 2024-cü ilin yazında baxa bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi