Modern.az

Moskva milisi erməni hoqqasının qarşısını alıb

Moskva milisi erməni hoqqasının qarşısını alıb

23 Aprel 2010, 17:58

Bu gün ermənilər Türkiyənin Moskvadakı səfirliyi qarşısında qondarma “soyqırım” şousu keçirməyə cəhd edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  ermənilərin moskvalıların diqqətini qondarma “soyqırım”a cəlb etmək səyləri uğursuz olub. Aksiyada cəmi 11 erməni  iştirak edib. Erməniləri ərazidən qovmaq üçün isə tam 10 Moskva milisi səfərbər olunub. Bundan əlavə, meydanda “OMON”çular da gözə dəyib. Moskva milisi erməniləri səfirlik binası qarşısından qovub. Məlumata görə, milis və erməni diasporasının Moskvadakı  liderləri arasında toqquşma da baş verib. Ermənilər baş tutmamış aksiyada  Türkiyədən qondarma “soyqırımı” tanımağı tələb ediblər. Rusiya Erməniləri Birliyinin sədr müavini Geğam Xalatyan “Cihan” agentliyinə verdiyi  açıqlamada Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının dondurulması barədə prezident Sərkisyanın qərarını dəstəklədiklərini bildirib. Xalatyan Türkiyənin protokolların imzalanması məsələsini  Dağlıq Qarabağ münaqişəsinin həllinə  bağlaması mövqeyinin yanlış olduğunu iddia edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır