Modern.az

Ermənistan yenə maneəsiz səyahətə qarşı çıxır - Xandanyan danışdı

Ermənistan yenə maneəsiz səyahətə qarşı çıxır - Xandanyan danışdı

Dünya

9 Yanvar 2024, 09:54

"İrəvan Bakı ilə sadələşdirilmiş gömrük və sərhəd rejimini müzakirə etməyə hazırdır, lakin maneəsiz səyahət istisna olmaqla".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, deputat Sarqis Xandanyan "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində deyib.

 

"Bunlar Ermənistanın qırmızı xətləridir. Kommunikasiyaların açılması prosesi aydın prinsiplər əsasında baş tutmalıdır: ölkələrin suverenliyi, bərabərliyi və qarşılıqlılığı. Burada həm yük daşınmaları, həm də vətəndaşların keçidi, eyni zamanda gömrük məntəqələrində təhlükəsizliyin təmin edilməsi çox vacibdir", - Xandanyan belə söyləyib.

 

"Təbii ki, dünyada gömrük və sərhəd nəzarətinin müxtəlif üsulları, o cümlədən sadələşdirilmiş üsullar mövcuddur. Müəyyən müasir texnologiyalar da istifadə olunur ki, bunlar da müzakirə və danışıqlar mövzusudur. Lakin maneəsiz keçid ki, formalaşdırmaq istəyirlər, bu, Ermənistan üçün qəbuledilməzdir. Çünki müəyyən dərəcədə yenidən eksterritoriallığı nəzərdə tutur və bu da suverenliyimizin pozulmasıdır", - erməni deputat iddia edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi