Modern.az

Ukraynanın zenit-raket kompleksi çatışmazlığı var - İQNAT

Ukraynanın zenit-raket kompleksi çatışmazlığı var - İQNAT

Dünya

9 Yanvar 2024, 12:42

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Rusiyanın tammiqyaslı işğalından təxminən iki il sonra zenit-raket kompleksi çatışmazlığı var.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, İqnatın dediyinə görə, Ukrayna son hücumlara qarşı özünü müdafiə etmək üçün xeyli miqdarda raket ehtiyatından istifadə edib.

 

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya son bir neçə həftə ərzində raket və dron hücumlarını artıraraq, cəbhə xəttinin arxasındakı şəhərlərə yüzlərlə raket atıb. Son zərbədə Rusiya müxtəlif tipli 51 raket atıb, ən azı 4 nəfər həlak olub və mülki infrastruktura ziyan dəyib.

 

"Bu gün bizdə getdikcə daha çox Qərb texnikası var və buna uyğun olaraq onun texniki xidmətə, təmirə, yenilənməyə, doldurulmasına və müvafiq döyüş sursatına ehtiyac var", - İqnat vurğulayıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi