Modern.az

Pakistan Ermənistan adlı ölkəni tanımır

Pakistan Ermənistan adlı ölkəni tanımır

Təhsil

23 Aprel 2010, 18:05

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Pakistanın müdafiə katibi Səyid Əthar Əli ilə görüşüb. Modern.az xəbər verir ki,  bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən pakistanlı qonaq Pakistan-Azərbaycan siyasi münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirmiş, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildirib.   Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən S.Əli ölkəsinin Ermənistan Respublikasını tanımadığını vurğulayıb.   X.Xələfov Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu və bu imkanlardan səmərəli istifadə olunmasının ölkələrarası münasibətlərin daha da genişləndirilməsinə təkan verəcəyini vurğulayıb. X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Pakistan tərəfindən dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır