Ermənistan parlamentinin elm, təhsil və mədəniyyət komissiyası Avrasiya İqtisadi İttifaq;nda elmi dərəcələrin qarşılıqlı tanınması haqqında sazişin ratifikasiyasını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Ermənistan hökuməti Aİİ-də elmi dərəcələrin qarşılıqlı tanınması haqqında sazişi ötən ilin sentyabrında təsdiqləmişdi.
Bu, işə qəbulla bağlı prosedurları sadələşdirən və müəllim və mütəxəssislərin əmək miqrasiyasını asanlaşdırmağı nəzərdə tutan sazişdir.