Modern.az

Mayın 3-də-Türklük günündə Suqovşana yürüş olacaq

Mayın 3-də-Türklük günündə Suqovşana yürüş olacaq

Ölkə

23 Aprel 2010, 18:10

May ayının 3-də-Türklük günündə ölkənin tanınmış ziyalıları, siyasət adamları, baş redaktorların iştirakı ilə Sabirabad rayonu ərazisində yerləşən Kür və Araz çaylarının birləşdiyi məkana yürüş təşkil ediləcək. Modern.az xəbər verir ki, təşkilatçılıq ümumi prinsiplərlə həyata keçiriləcək. Yürüş zamanı Sabirabad rayonu, Cavad kəndi ərazisində yerləşən Suqovşan deyilən ərazidə törən təşkil olunacaq. Səfər zamanı Azərbaycanın bayraqları qaldırılacaq və türkçülüklə bağlı olaraq söhbətlər təşkil olunacaq. Bü yürüşdə iştirak etmək istəyən hər bir türk millətçisi dəvətlidir. May ayının 2-də artıq səfərdə iştirak edəcək şəxslərin siyahısı hazırlanacaq. Bundan sonra mayın 3-də səhər saatlarında yürüş təşkil olunacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü