Türkiyə, Rumıniya və Bolqarıstanın arasında Qara dənizdə minatəmizləmə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandum imzalanıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəd 3 ölkənin Müdafiə Nazirlikləri arasında imzalanıb.
***
10.01.2024
Bolqarıstan, Rumıniya və Türkiyə İstanbulda Qara dənizdə minaların təmizlənməsi ilə bağlı saziş imzalayacaq.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev açıqlayıb.
Bunun mətni və konsepsiyası ilə bağlı razılığa gəldiklərini qeyd edən Taqarev deyib ki, müavini imzalama üçün İstanbulda olacaq.
"Rusiyanın Ukraynada başlatdığı müharibə ərazimiz və naviqasiya təhlükəsizliyimiz üçün risklər yaradır və bu riskləri minimuma endirmək üçün üç ölkənin donanması minaları təmizləyəcək", - deyə nazir vurğulayıb.