Modern.az

Kim Çen In Cənubi Koreyanı məhv etməklə hədələdi

Kim Çen In Cənubi Koreyanı məhv etməklə hədələdi

Dünya

10 Yanvar 2024, 13:57

Şimali Koreya hərbi təxribat olacağı təqdirdə Cənubi Koreyanı məhv etmək üçün özünün bütün hərbi personalından tərəddüdsüz istifadə edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In müdafiə sənayesi müəssisəsinə səfəri zamanı deyib.

 

"Koreya Respublikası dövlətimizə qarşı hərbi qüvvələrdən istifadə etməyə, yaxud suverenliyimizi və təhlükəsizliyi təhdid etməyə çalışarsa, onu məhv etmək üçün mövcud bütün vasitə və qüvvələrimizi tərəddüdsüz işə salacağıq", - o deyib.

 

Şimali Koreya ilə qarşıdurmanın Cənubi Koreya üçün təhlükəli olduğunu deyən Kim Çen In ölkəsinin belə olduğu halda müharibədən çəkinməyəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi