Modern.az

Paşinyan yunan nazirlə nələri müzakirə etdi?

Paşinyan yunan nazirlə nələri müzakirə etdi?

Dünya

10 Yanvar 2024, 14:12

Ermənistan baş naziri Nikol Paşinyan Yunanıstanın İrəvanda səfərdə olan xarici işlər naziri Giorgos Gerapetritisi qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan-Yunanıstan münasibətlərinin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

 

Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

 

Ermənistanla Avropa İttifaqı arasında əlaqələrin gələcək inkişafına da toxunulub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi