Modern.az

Bakiyev siyasi sığınacaq istəmir

Bakiyev siyasi sığınacaq istəmir

23 Aprel 2010, 18:13

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev hansısa ölkədən siyasi sığınacaq xahiş etməyə hazırlaşmır. Modern.az “İTAR-TASS” a istinadən xəbər verir ki, bu barədə Bakiyev bu gün Minskdə keçirdiyi mətbuat konfransında bəyan edib. O belə bir məsələnin gündəmdə olmadığını deyib. Bakiyev  yaxın vaxtlarda BMT, ATƏT, MDB, Avropa Birliyinə müraciət  hazırlayacağını bildirib. O, adı çəkilən təşkilatlardan Qırğızıstana dəstək istəyir. Onun sözlərinə görə, ölkədəki vəziyyəti siyasi müstəviyə qaytarmaq lazımdır. K.Bakiyev bu məqsədlə parlamentdən istifadə etməyi təklif edib. Bakiyev prezident kürsüsünə can atmadığını deyib. Belarusda olan Bakiyev ölkəsində qan tökülməsinin qarşısını almaq üçün Qırğızıstana dəstək göstərməyə hazır olduğunu bildirib. Devrilmiş prezident sürğündə qırğız hökuməti  yaratmaq niyyətində olmadığını da deyib. 

Bakiyev daha bir maraqlı etirafda  bulunub. Onun sözlərinə görə,  ölkəsində baş vermiş inqilabın başlıca səbəbi onun Manas hava limanından istifadəyə dair ABŞ-la imzaladığı sazişin müddətinin uzadılmasına Rusiya rəhbərliyinin qəzəbidir. Bakiyev istefa ərizəsini təzyiq altıda yazdığını və prezident kimi ölkəsinə qayıtmaq fikri olmadığını bildirib..

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?