Modern.az

İran Rusiya üçün yeni "Shahed" dronları buraxacaq

İran Rusiya üçün yeni

Dünya

10 Yanvar 2024, 17:22

İran Rusiya üçün yeni "Shahed-107" pilotsuz uçan aparatı hazırlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News" yazıb.

 

Bu, hücum və kəşfiyyat pilotsuz təyyarəsidir.

 

Mənbənin sözlərinə görə, yeni model V formalı "quyruğu" olan PUA-ların "Shahed-101" ailəsinə aiddir. Pilotsuz təyyarənin uzunluğu təxminən iki metr yarım, qanadları üç metrdir.

 

PUA-nın avtomobildən buraxıla biləcəyi və onun uçuş məsafəsinin təxminən 1500 kilometr təşkil etdiyi bildirilib.

 

"Sky News" qeyd edir ki, dronun video yayımı üçün ötürücü, həmçinin mühüm hədəflərin axtarışı texnologiyası ilə təchiz edildiyi iddia edilir.

 

İranlı və rusiyalı mütəxəssislər yeni pilotsuz uçan aparatı sınaqdan keçiriblər və İran Rusiya ordusuna iki milyon dollardan çox qiymətə “bir neçə ədəd” pilotsuz təyyarə almağı təklif edib.

 

"Sky News"un Ukraynadakı mənbəsi bildirib ki, yeni pilotsuz təyyarənin hazırlanması ilə bağlı iddia “çox güman ki, doğrudur”.

 

“Bizim sözügedən pilotsuz təyyarələrin mümkün tədarükü ilə bağlı böyük narahatlıqlarımız var”, - mənbə bildirib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisinə hücumlar üçün İran istehsalı olan “Shahed-131” və “Shahed-136” (Rusiyada onların adı dəyişdirilərək “Geran-1” və “Geran-2” olub) kamikadze-dronlarından fəal şəkildə istifadə edir. Rusiyalı jurnalistlərin və Ukrayna tərəfinin məlumatına görə, Rusiya Tatarıstanda “Shahed” pilotsuz uçan aparatlarının istehsalını qurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi