Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixi hələ təyin edilməyib: "Görüş diplomatik kanallarla razılaşdırılacaq".
Peskov vurğulayıb ki, Putin və Ərdoğan arasında daimi ünsiyyətə ehtiyac var, lazım gəldiyi təqdirdə, liderlər telefonla çox tez zəngləşə bilirlər.