Modern.az

İsrail Qəzzanı işğal etmək niyyətində deyil - Netanyahu

İsrail Qəzzanı işğal etmək niyyətində deyil - Netanyahu

Dünya

11 Yanvar 2024, 07:42

İsrail Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində anklavı daimi olaraq işğal etmək və ya yerli Fələstin əhalisini köçürmək niyyətində deyil.

 

Modern.az-ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

 

"İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik", - deyə B.Netanyahu bildirib.

 

B.Netanyahunun sözlərinə görə, hərbi əməliyyatın məqsədi “Qəzza zolağının HƏMAS terrorçularından təmizlənməsi və israilli girovların azad edilməsidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi