Modern.az

Gürcüstanda torpaq sürüşməsi - Beynəlxalq əhəmiyyətli yol bağlandı

Gürcüstanda torpaq sürüşməsi - Beynəlxalq əhəmiyyətli yol bağlandı

Dünya

11 Yanvar 2024, 08:12

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda torpaq sürüşməsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

 

Bildirilib ki, güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomagistralının152-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

 

Hazırda ərazidə yolun təmizlənməsi işləri davam etdirilir. Yolun yaxın vaxtlarda açılacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi