ABŞ-ın Özbəkistandakı səfiri Conatan Henik jurnalistlərlə görüşdə Daşkənddəki hava kirliliyi haqda danışıb.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" yazıb.
"Bu, bütün hökumətlər üçün ciddi problemdir. Həm hökumət, həm də özəl sektor tərəfdaşlığı, eləcə də vətəndaş cəmiyyəti tərəfdaşlığı və mediadan hərəkət tələb edən məsələdir. Düşünürəm ki, birlikdə işləsək, gələcək illərdə yaxşılaşmanın şahidi ola bilərik”, - səfir bildirib.
Onun sözlərinə görə, havanı çirkləndirən mənbələrin müəyyən edilməsi və onların həlli üçün zəruri tədbirlərin görülməsi vacibdir. Səfir Özbəkistan vətəndaşlarını problemi şəxsi qəbul etməyə və hökumətin səylərini dəstəkləməyə çağırıb.