Modern.az

Gürcüstan pasportu reytinqdə geriləyib

Gürcüstan pasportu reytinqdə geriləyib

Dünya

11 Yanvar 2024, 10:32

Gürcüstan pasport reytinqində mövqeyini itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Gürcüstan pasportu "Henley & Partners" beynəlxalq şirkətinin Dünya Pasport Dəyər İndeksində 47-ci yerdən 50-ci yerə geriləyib.

 

Siyahı tərtib edilərkən hərəkət azadlığı və konkret ölkənin pasport sahibinin vizasız gedə biləcəyi ölkələrin sayı kimi göstəricilər nəzərə alınır.

 

Ümumilikdə Gürcüstan vətəndaşları dünyanın 121 ölkəsinə vizasız səfər edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi