Hazırda Rusiya prezidentliyinə 11 namizəd var.
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib. O deyib ki, hazırkı mərhələdə seçkiqabağı təşviqat kampaniyasında 11 nəfər iştirak edir:
"Onlardan səkkizinin namizədliyi siyasi partiyalar tərəfindən verilib. Daha üç nəfər isə özünün namizədliyini irəli sürüb" , - Pamfilova əlavə edib.
Qeyd edək ki, Rusiyada Prezident seçkiləri 17 martda baş tutacaq.