Modern.az

Macarıstan XİN başçısı Ukraynaya səfər edəcək

Macarıstan XİN başçısı Ukraynaya səfər edəcək

Dünya

11 Yanvar 2024, 13:40

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynaya səfər edəcək.

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, bu barədə nazirin özü məlumat verib.

 

O bildirib ki, bu, 29 yanvarda baş tutacaq. Siyarto ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşmək planını açıqlayıb.

 

Onun sözlərinə görə, görüşün Kiyevdə yox, Macarıstanla sərhəddəki Ujqorod şəhərində keçirilməsini istəyir.

 

Qeyd edək ki, Ujqorod Ukraynanın macarlar yaşayan Zakarpatiya vilayətinin inzibati mərkəzidir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi