Danimarkanın Tiflisdəki fövqəladə və səlahiyyətli səfiri Anne Toft Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Anne Toft günün sonuna qədər qurumda olmalıdır.
Müzakirə mövzusunun danimarkalı diplomatın “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə ünvanladığı tənqidlər olacağı gözlənilir.
Qeyd edək ki, səfir İvanişvilini tənqid etmişdi.