Türkiyədə Cümhuriyyət Xalq Partiyası "Behzat Ç." serialında çəkilən aktyoru yerli seçkilərdə namizəd göstərəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət baş rol ifaçısı Erdal Beşikçioğludan gedir.
Onun CHP qərargahında görüş keçirdiyi və razılaşma üçün müzakirələrin getdiyi qeyd olunub.
Aktyorun Ankaranın Etimesqut rayon bələdiyyəsinin sədrliyinə namizəd olması planlaşdırılır.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 31 martda olacaq.