Modern.az

Şahzadənin 10 günlük toyuna start verildi

Şahzadənin 10 günlük toyuna start verildi

Dünya

14 Yanvar 2024, 00:55

Bruneydə 32 yaşlı şahzadə Abdul Matinin və onun 29 yaşlı həyat yoldaşı Anişa İsa Kalebiçin toy mərasimi davam edir. Bu münasibətlə şənliklər 10 gün davam edəcək.

 

Modern.az xəbər verir ki, toy mərasimi bütün adət-ənənələrə uyğun keçirilir. Anişa bir neçə gün ardıcıl olaraq izdihamlı zalda Quranı axıra qədər oxuyub. Sonra yeni evlənən cütlüyün qohumları toy üçün xeyir-dua veriblər.

 

Toy yanvarın 11-də baş tutub. Yanvarın 14-də isə dünyanın hər yerindən gələn kral ailələrinin iştirakı ilə rəsmi ziyafət başlayacaq. Tədbirdə Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middlton da iştirak edəcək.

 

Şahzadə Abdul Matin Bruney soltanı Hacı Hassanal Bolkiahın onuncu övladı və dördüncü oğludur. O, Bruney Kral Hərbi Hava Qüvvələrinin mayorudur. Anişa İsa Kalebiç isə Sultanın məsləhətçilərindən birinin nəvəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR