Modern.az

Gəncədə saxta qızılkəsən dəstə yaxalanıb

Gəncədə saxta qızılkəsən dəstə yaxalanıb

Təhsil

23 Aprel 2010, 19:23

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Gəncədə cinayətkar dəstə yaxalanıb. Mütəşəkkil dəstənin üzvləri gümüş məmulatlarının üzərinə qızıl suyu çəkərək 583 əyarlı qızıl adı ilə vətəndaşları aldadıblar.
Zərərçəkmiş vətəndaşlardan 2 kiloqrama yaxın qızıla oxşar məmulatlar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaqla sübuta yetirilib ki, dəstənin başçısı Gəncə şəhər sakini 26 yaşlı Anar Həsənov 37 yaşlı Gülnar Allahverdiyeva ilə cinayət əlaqəsinə girərək saxta qızıl hazırlayıb dövriyyəyə buraxmaqla məşğul olublar.

Anar Həsənov Cavad xan 166 ünvanında yerləşən özünə məxsus evin zirzəmisində gizli sexdə gümüş tərkibli xam materialdan müxtəlif formalı boyunbağı və qolbaqlar düzəldərək onları qızıl suyuna salıb. Bundan sonra xüsusi aparatla saxta qızıllara 583 əyarını vurub.

Qabaqcadan əldə olunmuş razılığa əsasən Gülnar Allahverdiyeva saxta qızılları satmaqla yanaşı tanışları Rövşən Qasımov, Sahib Əliyev, Tofiq Salmanov, Vüsal Məmmədov və Vüsalə Həsənovanı da mütəşəkkil dəstəyə cəlb edib. Onların vastəçiliyi ilə saxta məmulatlar ayrı-ayrı vətəndaşlara qızıl adı ilə girov qoyularaq onlardan külli miqdarda pul götürülüb.
Bundan başqa, cinayətkar əməllərini davam etdirən mütəşəkkil dəstənin başçısı Anar Həsənovun ekspert-zərgər kimi çalışdığı banka tanışlarının vasitəsi ilə saxta məmulatları girov qoyaraq 10 min manata yaxın pul mənimsəməsi də sübuta yetirilib.  
İstintaqla o da müəyyən edilib ki, dəstə üzvləri hələlik şəxsiyyəti araşdırılan Təranə adlı qadının vasitəsi ilə 5 kiloqrama yaxın eyni üsulla saxtalaşdırılmış məmulatları Rusiya Federasiyasına göndəriblər. 

Anar Həsənovun yaşadığı mənzilin zirzəmisinə baxış zamanı müxtəlif cihazlar, alətlər və xammallar maddi sübut kimi götürülüb. 
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Mütəşəkkil dəstənin digər cinayətləri araşdırılır. Saxta qızıl məmulatlarının paytaxt və digər bölgələrdə də dövriyəyə buraxıldığı ehtimal olunur.

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır