Modern.az

Qriqoryan Blinkenin köməkçisi ilə Bakı-İrəvanı müzakirə etdi

Qriqoryan Blinkenin köməkçisi ilə Bakı-İrəvanı müzakirə etdi

Dünya

14 Yanvar 2024, 19:10

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen Davosda bir araya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

 

Görüş zamanı tərəflər İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

 

“Həmsöhbətlər Ermənistan - ABŞ ikitərəfli münasibətləri və onların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR