Pakistanın Bəlucistan vilayətində hərbçilərə hücum edilib.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub.
Atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.