Yəməndə husi qiyamçılarının mövqeləri atəşə tutulub.
Modern.az xəbər verir ki, bu barədə Yəməndəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilir ki, ölkənin Hudeydə valiliyinin şimalındakı Əl-Ləhiyyə bölgəsində, Qırmızı dəniz yaxınlığında hərəkata məxsus obyektlərə zərbələr endirilib.
Hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndə 16 məntəqədə husilərin hədəflərinə 60 zərbə endirib.