Modern.az

Şimali Koreya ballistik raket atdı

Şimali Koreya ballistik raket atdı

Dünya

15 Yanvar 2024, 07:50

Şimali Koreya ballistik raket atıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

 

Yaponiya patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb.

 

Mühafizə xidməti raketin çox güman ki, artıq düşdüyünü bildirib.

 

Balistik raket orta mənzilli raketlər sinfinə aiddir.

 

Cənubi Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Kim Qon telefonla ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Çon Pak və Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə departamentinin rəhbəri Hiroyuki Namazu ilə Pxenyanın hipersəs raketi buraxmasını müzakirə edib.

 

Diplomatların Koreya yarımadasında və regionda sülh və sabitliyə təhlükə yaradan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi raket buraxılışını pislədiyi qeyd edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR