Modern.az

Ukraynada Rusiya casusu olan "Vaqner"çi Belarus vətəndaşı SAXLANILIB

Ukraynada Rusiya casusu olan

Dünya

15 Yanvar 2024, 13:16

"Vaqner" muzdlularının tərkibində döyüşmüş Belarus vətəndaşı Ukraynada saxlanılıb.

 

Modern.az "Deutsche Welle"nin belarus xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

 

Qurumun məlumatına görə, Rusiya ordusunun Ukraynanın enerji strukturunun obyektlərinə hava hücumlarını təşkil etməli olan “Vaqner”çi saxlanılıb.

 

UTX saxlanılan şəxsin Rusiya hərbi kəşfiyyatının əməkdaşı olan Belarus vətəndaşı olduğunu qeyd edib.

 

Vurğulanıb ki, diversant 2014-2017-ci illərdə Ukraynada döyüş əməliyyatlarında iştirak edib. Genişmiqyaslı işğalın əvvəlində o, "Vaqner"ə qoşulub və Baxmut yaxınlığında döyüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR