"Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər, vaxt diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq. Rusiya Federasiyası KXDR ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Kreml Rusiya və KXDR xarici işlər nazirləri arasında danışıqların “zəngin, mənalı və səmərəli” olacağını gözləyir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
"Rusiyasız Ukraynada sülh formulunun müzakirəsi mümkündür, lakin perspektiv yoxdur. Zelenskinin sülh formuluna görə Davosdakı görüş söhbət xatirinə söhbətdir, nəticə əldə etmək məqsədi daşıya bilməz. Kremldə Ukrayna Silahlı Qüvvələrinin Rusiya təyyarələrini vurması ilə bağlı məlumat yoxdur. Moskva Qərbin və Ukraynanın Rusiyanın təhlükəsizlik mülahizələrini nəzərə almaq istəməməsi kontekstində əməliyyatlar keçirir", - o deyib.
Peskov "Bild"in Almaniyanın NATO ilə Rusiya Federasiyası arasında mümkün müharibə ssenarisini hazırlaması ilə bağlı nəşrini şərh etməkdən imtina edib.