Modern.az

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Dünya

15 Yanvar 2024, 13:44

Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəb dənizi və bitişik ərazilərdə qalma müddəti daha 1 il müddətinə uzadılır.

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Sənəddə Türkiyə Silahlı Qüvvələrinin sözügedən ərazilərdəki mandatının 2024-cü il fevralın 10-dan etibarən daha 1 il uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin sülhməramlı missiyası çərçivəsində həmin bölgələrdə xidmət edir. Onların mandatı indiyə qədər 13 dəfə uzadılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR