Modern.az

İranda bir gündə 11 məhbus edam olundu

İranda bir gündə 11 məhbus edam olundu

15 Yanvar 2024, 14:04

İranın Kərəc şəhərinin mərkəzi həbsxanasında bir gündə 11 məhbus dar ağacından asılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına (HRANA) istinadla məlumat yayıb.

 

Bildirilir ki, edam edilən məhbuslardan beşi narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilib, qalanlarının ittihamları isə hələlik bəlli deyil.

 

Bununla yanaşı, Xürrəmabadın Parsilun həbsxanasında daha bir məhbusun edam hökmü icra edilib.

 

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və ikisi yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi