Modern.az

KİV: Ərdoğan ölkə rəsmilərindən Davosa getməmələrini istəyib

KİV: Ərdoğan ölkə rəsmilərindən Davosa getməmələrini istəyib

Dünya

15 Yanvar 2024, 16:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərindən Fələstin-İsrail münaqişəsi ilə bağlı təşkilatçıların mövqeyinə görə bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunun sammitində iştirak etməməyi istəyib.

 

Modern.az xəbər verir ki, bunu "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.

 

Agentlik yazır ki, maliyyə naziri Mehmet Şimşek Ərdoğan onu dayandırana qədər siyasi və biznes liderlərinin illik toplantısında iştirak etməyi planlaşdırırmış.

 

Qeyd edilib ki, Türkiyə liderinin belə bir qərarı Ankaranın qlobal investorlarla qarşılıqlı əlaqə cəhdlərini çətinləşdirə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR