Modern.az

Dövlət Baytarlıq Xidmətinin rəisi işdən çıxarılıb

Dövlət Baytarlıq Xidmətinin rəisi işdən çıxarılıb

23 Aprel 2010, 18:15

Kənd təsərrüfatı nazirinin əmrinə əsasən, Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov tutduğu vəzifəsdən kənarlaşdırılıb. Digər əmrlə bu vəzifəyə Sialə Rüstəmova təyin olunub. Xəbəri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti verib.

Mətbuat xidmətindən bildirilib ki, S.Rüstəmova 20 ildən artıq bir müddətdə baytarlıq sistemində çalışıb. S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunu bitirən S.Rüstəmova 1989-2009-cu illərdə Azərbaycan Bioloji Kombinatında mikrobioloq, şöbə müdiri və direktor vəzifələrində işləyib. 2009-cu ilin sentyabr ayının 15-dən isə Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru vəzifəsində çalışıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır