Modern.az

Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir -  Quterreş

Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir -  Quterreş

Dünya

15 Yanvar 2024, 23:20

Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və vəziyyətin tezliklə nəzarətdən çıxması ehtimalı var.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Baş katibi Antonio Quterreş məlumat verib.

 

Onun sözlərinə görə, Qırmızı dənizdə vəziyyəti tezliklə cilovlamaq mümkün olmayacaq.

 

Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalarla bağlı ciddi narahatlıq ifadə edib: “Bu, İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir göstərəcək”.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR