Modern.az

Tonoyan Koçaryanın komissiyasından NARAZIDIR

Tonoyan Koçaryanın komissiyasından NARAZIDIR

Dünya

16 Yanvar 2024, 10:58

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə üzrə komissiyanın rəhbəri Andranik Koçaryanı məğlubiyyəti ordunun üzərinə yıxmağa çalışmaqda ittiham edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Koçaryanın bəyanatlarının komissiyanın "əsl məqsədlərini üzə çıxardığını" deyib.

 

"Bu, təkcə qeybət və böhtan ehtiva edən siyasi spekulyasiya deyil. Onlar həmçinin Parlament Nizamnaməsinin tələblərinə ziddir, ona görə komissiya ibtidai istintaq və ya məhkəmə araşdırması mərhələsində olan işlərə, habelə məhkəmə aktı ilə təsdiq edilmiş və ya təkzib edilmiş məsələlərə baxa bilməz", - Tonoyan iddia edib.

 

İstifadəyə yararsız raketlərlə bağlı hələ də hökm çıxarılmayıb, məhkəmə Tonoyanın və digər təqsirləndirilən şəxslərin açıq məhkəmə prosesinin keçirilməsi ilə bağlı vəsatətini hələ də qəbul etməyib.

 

"Bu, cəmiyyəti ittihamın nəinki əsassız, həm də məxməri siyasi təqiblərə büründüyünə inandırmağa imkan verəcək", - eks-nazir belə söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə