Modern.az

Ermənistan parlamentində “Hərbi xidmət haqqında” qanun layihəsi qəbul olunub

Ermənistan parlamentində “Hərbi xidmət haqqında” qanun layihəsi qəbul olunub

Dünya

16 Yanvar 2024, 12:46

Ermənistanda hakim "Mülki Müqavilə" Partiyasının parlament fraksiyası hamılıqla “Hərbi xidmət haqqında” qanuna dəyişikliklərin qəbul edilməsinin lehinə, müxalifətçi deputatlar isə əleyhinə səs verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Səsvermədən əvvəl müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan müdafiə nazirinin müavini Arman Sarkisyanın 27 ildən sonra vətəndaşlıq almış şəxslərlə bağlı bəndin layihədən çıxarılmasını ehtiva edən bu yaxınlardakı təklifini xatırladıb.

 

Lakin hakim partiya nümayəndələri buna cavab verməyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə