Modern.az

Ermənistanda yeni AES tikmək istəyirlər? - Paşinyan AÇIQLADI

Ermənistanda yeni AES tikmək istəyirlər? - Paşinyan AÇIQLADI

Dünya

16 Yanvar 2024, 13:12

"Ermənistana yeni atom elektrik stansiyasının tikintisi üçün müvafiq kadrlar lazımdır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

Paşinyan Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi Komitəsinin iclası zamanı çıxış edib.

 

"Müvafiq olaraq, mütəxəssisləri cəlb etməklə yeni təşkilat yaratmaq lazımdır", - o əlavə edib. 

 

"Bu, Ermənistanın təkcə danışmağa deyil, həm də stansiyanın işə salınması istiqamətində hərəkətə keçməyə hazır olduğunu göstərərdi", - baş nazir gileylənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə