Modern.az

İranın İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

İranın İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Dünya

16 Yanvar 2024, 14:12

İranın Bağdaddakı müvəqqəti işlər vəkili Əbu əl-Fədl Əzizi İslam İnqilabı Keşikçiləri Korpusunun kürd muxtariyyətində yerləşən ABŞ bazalarına hücumu ilə bağlı İraqın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin bəyanatında Ərbilin bir neçə rayonunda mülki əhalinin ölümü, dövlət və şəxsi əmlaka zərər dəyməsi ilə nəticələnən hücum qətiyyətlə pislənir. İraqın xarici siyasət idarəsi hücumu ölkə suverenliyinin kobud şəkildə pozulması hesab edir və mehriban qonşuluq prinsiplərinə zidd olduğunu bildirir.

 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ərbildəki ABŞ bazalarına hücumu nəticəsində dörd mülki şəxs ölüb, altı nəfər yaralanıb. Amerikalı hərbçilər və diplomatlar arasında isə itki yoxdur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə