ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Ukrayna lideri Volodimir Zelenskiyə mesaj göndərərək onu hücumu dayandırıb müdafiəyə keçməyə çağıracaq.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr yazır ki, Zelenski bunun niyə məntiqli olduğunu başa düşür, baxmayaraq ki, bu barədə açıq danışmaq istəməz, lakin bunun müqabilində bu variantın ABŞ-dan artan silah təchizatı ilə mümkün olduğunu bildirməlidir.
O da qeyd olunur ki, Ukrayna prezidenti atəşkəs çağırışlarını rədd etməklə düzgün iş görür, çünki o hesab edir ki, Rusiya Federasiyası bu pauzadan istifadə edəcək və belə bir addım gələcəkdə təslim olmaq demək olacaq.
Həmçinin bildirilir ki, Putin çox güman, Trampın Ağ Evə qayıdacağı ümidi ilə ABŞ seçkilərinə qədər ələ keçirilən əraziləri saxlamağa diqqət yetirəcək.