Modern.az

Türkiyədə maşınla adam öldürən prezident oğlu CƏRİMƏLƏNDİ

Türkiyədə maşınla adam öldürən prezident oğlu CƏRİMƏLƏNDİ

Dünya

16 Yanvar 2024, 15:40

Türkiyədə İstanbulun Fatih bölgəsində motosikletlə kuryerlik fəaliyyəti göstərən Yunus Emre Göçeri maşınla vuraraq ölümünə səbəb olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmuda məhkəmə 27300 lirə cərimə kəsib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC-nin türk xidməti məlumat yayıb.

 

Məhkəmənin “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verməsindən sonra Mahmudun şəxsiyyəti, sosial-iqtisadi vəziyyəti, prosesdə peşmançılıq hissi nəzərə alınaraq, cəzası məhkəmə cəriməsi ilə əvəz edilib.

 

Onun sürücülük vəsiqəsinin 6 ay müddətinə geri alınmasına da qərar verilib.

 

Qeyd edək ki, prezident oğlu yanvarın 12-də Çağlayandakı İstanbul Ədalət Sarayında ifadə verib. Məhkəmə Mahmudun ifadəsindən sonra barəsində həbs qərarı çıxarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə