Modern.az

Polşada aksiyaçılar Ukrayna sərhədinin açılmasına razılaşıblar

Polşada aksiyaçılar Ukrayna sərhədinin açılmasına razılaşıblar

Dünya

16 Yanvar 2024, 16:56

Polşa hökuməti Ukrayna sərhəd-keçid məntəqələrinin blokadasına son qoymaq üçün daşıyıcılarla razılığa gəlib.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Polşa hakimiyyəti daşıyıcıları Ukrayna ilə sərhəddəki 3 keçid məntəqəsinin blokadasını dayandırmağa inandırıb.

 

Noyabr ayından Ukrayna ilə sərhəd keçidlərini bağlayan Polşa daşıyıcıları yanvarın 17-də Kiyev vaxtı ilə saat 13:00-da etiraz aksiyalarını dayandıracaqlar. Hökumətin bəzi tələblərlə razılaşdığı bildirilir.

 

“Biz müəyyən şərtlərlə razılaşdıq. Hökumətin işləməsinə icazə verəcəyik, çünki bu, yeni hökumətdir”, - deyə etirazçıların nümayəndələri bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə