Modern.az

Erbakanın oğlunun partiyası AKP ilə əməkdaşlıq danışıqlarını DAYANDIRDI

Erbakanın oğlunun partiyası AKP ilə əməkdaşlıq danışıqlarını DAYANDIRDI

Dünya

16 Yanvar 2024, 17:24

Türkiyədə Yenidən Rifah Partiyası yerli seçkilər üçün AKP ilə bir müddətdir apardıqları ittifaq danışıqlarının bu mərhələdə dayandırıldığını açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə YRP-dən bildirilib.

 

“AKP ittifaq danışıqları getmir. Nümayəndə heyətləri arasında danışıqlar dayandırılıb. Görüş təyin etmək məsələsi yoxdur. Bizim bununla bağlı heç bir tələbimiz və təşəbbüsümüz olmayacaq", - məlumatda deyilir.

 

“Liderlər səviyyəsində tələb olarsa, buna müsbət baxarıq. Siyasət danışıqlara açıq olmaq və əməkdaşlığa qapıları açıq saxlamaq deməkdir. Köhnələrin dediyi kimi, siyasətdə 24 saat belə uzun müddətdir. Mövqeyimizin bir şey əldə etməyə çalışmaq kimi qiymətləndirilməsi bizi narahat edir", - deyə əlavə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR