Modern.az

Putin KXDR xarici işlər naziri ilə görüşdü

Putin KXDR xarici işlər naziri ilə görüşdü

Dünya

16 Yanvar 2024, 22:22

Rusiya prezidenti Vladimir Putin Kremldə KXDR xarici işlər naziri Çoi Sonq Hui ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov da iştirak edib.

 

XİN başçıları Vladimir Putinə ikitərəfli danışıqlar zamanı əldə olunmuş razılaşmalar barədə məlumat veriblər.

 

Qeyd edək ki, KXDR naziri yanvarın 15-də üç günlük səfər üçün Rusiyaya gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə