Modern.az

Almaniya İsrailə tank sursatları göndərəcək

Almaniya İsrailə tank sursatları göndərəcək

Dünya

16 Yanvar 2024, 22:56

Almaniya hökuməti İsrailə tank sursatları tədarük etməyi düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı bildirib.

 

Xəbərdə deyilir ki, əlaqədar departamentlər İsrail hökumətinin tələbini yerinə yetirmək üçün artıq prinsipial razılığa gəliblər.

 

Qeyd olunur ki, İsrail ordusu üçün 120 mm-lik 10 min sursatın tədarükü tələbi noyabr ayında Berlin tərəfindən qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə