Çinin əhalisi ötən il təxminən 2 milyon azalıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.
Çinin əhalisi hazırda təqribi 1 milyard 409 milyon nəfərdir.
Qeyd olunub ki, ölkə əhalisinin azalma tempi 2022-ci ildə olduğu kimi, 2023-cü ildə də davam edib.
Xatırladaq ki, Çində uzun illər demoqrafik siyasət ölkə əhalisini azaltmağa və təbii artımı mənfi istiqamətə kökləməyə istiqamətləndirilib. Xeyli müddət ölkədə 1 uşaqdan artıq övlad dünyaya gətirən ailələr cərimələnib.