Modern.az

Ermənistan parlamentinin iclası təxirə salındı - Yetərsay yoxdur...

Ermənistan parlamentinin iclası təxirə salındı - Yetərsay yoxdur...

Dünya

17 Yanvar 2024, 10:44

Ermənistan parlamentində növbəti “dördgünlük sessiya”nın iclası baş tutmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb yetərsayı (kvorum) təmin etməyin mümkün olmamasıdır.

 

İrəvan vaxtı ilə saat 10:00-a olan məlumata görə, cəmi 51 deputat qeydiyyatdan keçib. Yetərsay üçün isə azı 54 deputatın iştirakı tələb olunur.

 

Hakim partiyadan olan deputatlar saat 16.30-da hökumət saatı üçün kvorumu təmin ediblər, lakin ondan əvvəl sərbəstdirlər.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR