ABŞ hakimiyyəti husiləri yenidən terror təşkilatları siyahısına daxil etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Ağ Evə yaxın mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ administrasiyasının qərarı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının artması ilə bağlıdır. 2021-ci ildə dövlət katibi Antoni Blinken Yəmənə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün husiləri terror təşkilatları siyahısından çıxarıb.
Yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə zərbələr endirib.