Modern.az

Ukraynanın NATO üzvlüyü prosesinə başlamaq olar - Polşa prezidenti

Ukraynanın NATO üzvlüyü prosesinə başlamaq olar - Polşa prezidenti

Dünya

17 Yanvar 2024, 12:42

"Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması qeyri-mümkündür, lakin üzvlük proseduruna bu mərhələdə də başlamaq olar".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.

 

"Müharibə zamanı bu mümkün deyil, lakin mən hesab edirəm ki, Ukrayna NATO-ya dəvət almalıdır. Bu məsələnin Alyansa üzv ölkələrin milli parlamentlərində müzakirəsi prosesi başlayacaq. Proses davam edə bilər və bu, NATO üçün çox vacibdir”, - Duda bildirib.

 

Polşa prezidenti qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması Alyansın gücü və Polşanın təhlükəsizliyi üçün vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə