Modern.az

Bərzani Abdullahianla görüşdən imtina etdi

Bərzani Abdullahianla görüşdən imtina etdi

Dünya

17 Yanvar 2024, 14:20

İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşünü ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Görüş İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində keçirilməli idi.

 

Bərzani İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərinə raket zərbələri endirməsinə etiraz olaraq Abdullahianla görüşdən imtina edib.

 

Həftənin əvvəli İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Kürdüstan bölgəsinə zərbələr endirib. SEPAH İsrailin "casus qərargahına" hücum etdiklərini bildirib. Qərb ölkələri və İraq hücumları pisləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə